Digər

Krımda fövqəladə vəziyyət elan edildi

26 Jun 2026, 14:55 2 baxış
Krımda fövqəladə vəziyyət elan edildi

Krım və Sevastopolda fövqəladə vəziyyət elan olunub.


Axar.az xəbər verir ki, bunu Krımın rəhbəri Sergey Aksenov Teleqram kanalında yazıb.


"Sevastopol şəhərinin qubernatoru Mixail Razvojayevlə birgə Krım və Sevastopol şəhərində regional səviyyədə fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanların imzalanması barədə qərar qəbul edilib" , — o bildirib.


Qeyd edək ki, regionda bir müddətdir yanacaq böhranı yaşanır. Ukrayna tərəfi Rusiyanın Krım və Sevastopolu yanacaqla təmin etməsinə imkan vermir. Regiona gedən bütün yanacaq təminatı Ukrayna dronlarının hücumuna məruz qalır.

Mənbə axar.az

Oxşar Xəbərlər