Digər

Qələbə ilə möhkəmlənən ordu: Hərbi qulluqçu Zəfərin sirrindən NƏLƏR DANIŞDI? - VİDEO

26 Jun 2026, 12:12 2 baxış
Qələbə ilə möhkəmlənən ordu: Hərbi qulluqçu Zəfərin sirrindən NƏLƏR DANIŞDI? - VİDEO
1918-ci ilin 26 iyununda Azərbaycan Milli Ordusunun yaradılmasının əsası qoyuldu. Avqustun 1-də isə Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. Məhz həmin Milli Ordu qısa müddət ərzində Qafqaz İslam Ordusu ilə birlikdə Bakı və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu gün Azərbaycan Milli Ordusunun yaradılmasından 108 il ötür. 1998-ci ilin 22 mayında isə ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordularından biri kimi ölkəmizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısıdır. Son illərdə həyata keçirilən islahatlar, döyüş təcrübəsi və müasir texnologiyaların tətbiqi ordumuzun peşəkarlığını və imkanlarını daha da artırıb. Vətən müharibəsində qazanılan tarixi Zəfər isə Azərbaycan əsgərinin yüksək hazırlığının, qətiyyətinin və vətən sevgisinin bütün dünyaya nümayişi oldu. Bu münasibətlə Azərbaycan Ordusunun hərbi qulluqçusu, Vətən müharibəsinin iştirakçısı ilə həmsöhbət olduq. O, Oxu.Az-a müsahibəsində Vətən müharibəsində əldə edilən qələbə, keçdiyi döyüş yolu, ordunun hər keçən gün inkişafı və digər bu kimi mövzular haqqında təəssüratlarını bölüşüb. Onunla müsahibəni təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər