Digər

Pentaqon Yaxın Şərqdəki hərbi bazalarını köçürməyə hazırlaşır

26 Jun 2026, 12:19 2 baxış
Pentaqon Yaxın Şərqdəki hərbi bazalarını köçürməyə hazırlaşır

Pentaqon Yaxın Şərqdə yeni hərbi əməliyyatlar baş verəcəyi təqdirdə İrandan potensial zərəri azaltmaq üçün Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazalarını köçürməyi nəzərdən keçirir.


Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbəyə istinadla məlumat yayıb.


“ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra İranın cavab zərbələri nəticəsində Yaxın Şərqdə yerləşən təxminən 20 Amerika hərbi obyekti zərər görüb. ABŞ hərbi bazalarının İran raketlərinin çatma məsafəsində yerləşməsi Vaşinqtonu regiondakı hərbi mövcudluq strategiyasına yenidən baxmağa vadar edir.


Səudiyyə Ərəbistanı və Küveytdəki bəzi hərbi bazaların qismən köçürülməsi üçün nəzərdən keçirilən ölkələrdən biri İsraildir”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər