Digər

Venesuelada ölənlərin sayı 235-ə çatdı

26 Jun 2026, 10:45 2 baxış
Venesuelada ölənlərin sayı 235-ə çatdı

Venesuelada baş vermiş iki zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb, xəsarət alanların sayı isə 4 300 nəfərə qədər artıb.


Axar.az xəbər verir ki, bunu Venesuelanın səhiyyə naziri Karlos Alvarado açıqlayıb.


İlkin məlumatlara görə, 157 nəfər itkin düşüb, 200 nəfər dağıntılar altında qalıb və 2 927-dən çox ailə zərər çəkib.


Bundan başqa, infrastruktura ciddi ziyan dəyib: 250 bina və 8 xəstəxana zədələnib.

Mənbə axar.az

Oxşar Xəbərlər