Digər

Ukraynanın Krıma təzyiqi: Müharibə başa çatır?

26 Jun 2026, 09:15 2 baxış
Ukraynanın Krıma təzyiqi: Müharibə başa çatır?

Rusiya Prezidenti Vladimir Putin rejiminin hazırda işğal altında olan Krımda baş verə biləcək atəş və logistika kollapsından sağ çıxmaya biləcəyi ehtimal olunur.


Axar.az xəbər verir ki, bu fikri ABŞ-ın milli təhlükəsizlik və hərbi kəşfiyyat üzrə tanınmış ekspertləri Mark Toh və Conatan Svit “Hill” nəşrində dərc olunan məqalələrində bildiriblər.


Müəlliflər üç il əvvəl baş vermiş “Vaqner” qiyamı hadisəsinin nəticələrini təhlil edərək qeyd edirlər ki, keçmiş “Vaqner” rəhbəri Yevgeni Priqojin hələ o zaman Kremlin bu günə qədər nəzərə almaq istəmədiyi əsas həqiqəti anlamışdı: Rusiya Federasiyası Ukraynanı adi konvensional müharibədə məğlub etməyə qadir deyil.


Qiyam zamanı Rusiyanın itkiləri 223 mindən çox ölü və yaralı təşkil edirdi. Müəlliflərin məlumatına görə, 2026-cı ilin iyun ayına qədər bu rəqəm altı dəfədən çox artaraq təxminən 1,4 milyon nəfərə yaxınlaşıb.


Tot və Svit vurğulayırlar ki, Moskva dövlət büdcəsinin 50 faizinə qədərini hərbi ehtiyaclara sərf edir və hər ay təxminən 35 min hərbçi itirir. Onların fikrincə, bu vəziyyət dövlətin sabitliyini sarsıdır. Hətta Kremlin əsas təbliğatçılarından biri olan Vladimir Solovyov belə strateji körpülərin ətrafında müdafiə qurğularının tikintisi üçün maliyyə çatışmazlığından açıq şəkildə narahatlığını ifadə edir.


Amerikalı analitiklərin qənaətinə görə, yarımadada yerləşən rus qüvvələrin vəziyyəti Ukrayna Müdafiə Qüvvələrinin tammiqyaslı işğalın ilk aylarından həyata keçirdiyi sistemli və çoxşaxəli hərbi kampaniya nəticəsində sürətlə pisləşir.


Qeyd olunur ki, 2022-ci ildə Berdyansk limanına uğurlu zərbələr və “Moskva” kreyserinin batırılması ilə başlayan əməliyyatlar Rusiyanın Qara dəniz donanmasının qərargahını Sevastopol şəhərindən Novorossiysk şəhərinə köçürməyə məcbur edib:


“Sonrakı mərhələdə pilotsuz uçuş aparatları və “Storm Shadow”, SCALP raketləri ilə Saki aviabazası hədəfə alınıb. Həmçinin Kerç körpüsü üzərində avtomobil və dəmir yolu hissələrinin partladılması ilə bağlı ilk uğurlu xüsusi əməliyyat Krımın tam təcrid olunması üçün zəmin yaradıb”.

Mənbə axar.az

Oxşar Xəbərlər