Digər

İsrail prezidentinin olduğu helikopter təcili eniş etdi

25 Jun 2026, 23:19 1 baxış
İsrail prezidentinin olduğu helikopter təcili eniş etdi

Göyərtəsində İsrail Prezidenti İshaq Hersoqun olduğu helikopter plandankənar eniş etmək məcburiyyətində qalıb.


Axar.az İsrail mediasına istinadən xəbər verir ki, hadisəyə hava gəmisinin quşla toqquşması səbəb olub.


Məlumata görə, hadisə axşam saatlarında, Hersoq "Sarsılmaz qaya" əməliyyatının 12-ci ildönümünə həsr olunmuş mərasimdən qayıdarkən baş verib. Nasazlıq aşkar edildikdən sonra heyət helikopteri İsrail Müdafiə Ordusunun bazalarından birinə endirmək qərarına gəlib.


İsrail prezidenti xəsarət almayıb. Daha sonra o, başqa helikopterə keçərək səfərini davam etdirib.

Mənbə axar.az

Oxşar Xəbərlər