Digər

MN: "Şəhidlərin Vətən qarşısında xidmətlərinə göstərilən yüksək diqqət cəmiyyətdə vətənpərvərlik ruhunun güclənməsinə töhfə verir"

25 Jun 2026, 23:00 3 baxış
MN: "Şəhidlərin Vətən qarşısında xidmətlərinə göstərilən yüksək diqqət cəmiyyətdə vətənpərvərlik ruhunun güclənməsinə töhfə verir"
"Ali Baş Komandanın Sərəncamı şəhidlərə göstərilən diqqət və qayğının nümunəsidir. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların xatirəsi dövlətimiz tərəfindən hər zaman yüksək ehtiramla anılır". Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin paylaşımında bildirilib. "Vətən uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi və onların xidmətlərinin layiqincə qiymətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkə başçısının Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında bugünkü Sərəncamı da şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiramın növbəti bariz təzahürüdür. Şəhidlərin Vətən qarşısında xidmətlərinə göstərilən bu cür yüksək diqqət cəmiyyətdə vətənpərvərlik ruhunun daha da güclənməsinə, gənc nəslin Vətənə sədaqət hissi ilə böyüməsinə mühüm töhfə verir. Həyata keçirilən genişmiqyaslı tədbirlər, şəhid ailələrinə göstərilən qayğı və ali dövlət təltifləri müqəddəs amallar uğrunda canından keçən oğul və qızlarımızın fədakarlığının heç vaxt unudulmayacağının, bu istiqamətdə atılan addımların gələcəkdə də ardıcıl və qətiyyətlə davam etdiriləcəyinin əyani sübutudur", - paylaşımda qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər