Digər

Qardaş ölkədə birgə hərbi təlimlər: "Anadolu Qartalı"ndan möhtəşəm GÖRÜNTÜLƏR

25 Jun 2026, 18:14 8 baxış
Qardaş ölkədə birgə hərbi təlimlər: "Anadolu Qartalı"ndan möhtəşəm GÖRÜNTÜLƏR
Türkiyənin Konya şəhərində yerləşən aviabazada hərbi qulluqçularımızın iştirakı ilə "Anadolu Qartalı - 2026" beynəlxalq taktiki-uçuş təlimi keçirilir. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin "Su-25" hücum təyyarələri cəlb olunub. Əvvəlcə iştirakçılara təlimin məqsədi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Hərbi pilotlarımız təlimin planına uyğun olaraq mərhələlər üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, yüksək peşəkarlıq nümayiş etdiriblər. Qeyd edək ki, təlimin əsas məqsədi iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə əməliyyat imkanlarının genişləndirilməsidir.
{{gallery}}
Qardaş ölkədə birgə hərbi təlimlər: "Anadolu Qartalı"ndan möhtəşəm GÖRÜNTÜLƏR Qardaş ölkədə birgə hərbi təlimlər: "Anadolu Qartalı"ndan möhtəşəm GÖRÜNTÜLƏR Qardaş ölkədə birgə hərbi təlimlər: "Anadolu Qartalı"ndan möhtəşəm GÖRÜNTÜLƏR Qardaş ölkədə birgə hərbi təlimlər: "Anadolu Qartalı"ndan möhtəşəm GÖRÜNTÜLƏR Qardaş ölkədə birgə hərbi təlimlər: "Anadolu Qartalı"ndan möhtəşəm GÖRÜNTÜLƏR Qardaş ölkədə birgə hərbi təlimlər: "Anadolu Qartalı"ndan möhtəşəm GÖRÜNTÜLƏR
Mənbə oxu.az

Oxşar Xəbərlər