Digər
İran hücumları bu ölkələri "ayağıma gətirdi" - Tramp
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın münaqişənin əvvəlində Fars körfəzi ölkələrinə raket zərbələri faktiki olaraq həmin dövlətlərin onun "ayağına düşməsinə" səbəb olub.
Axaraz xəbər verir ki, Tramp "Axios"a verdiyi müsahibədə bildirib.
"Bu müharibə başlayanda mənim üçün ən böyük sürpriz, demək olar ki, dərhal beş başqa ölkəyə raketlərin uçması oldu. Mən soruşdum ki, o niyə belə edir? Bilirsinizmi, bu nəyə gətirib çıxardı? Həmin beş ölkə düz mənim "ayağımın altına düşdü", - deyə Tramp qeyd edib.
Amerika liderinin sözlərinə görə, söhbət Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt və Bəhreyndən gedir.
Mənbə
axar.az