Digər
Müğənni hicabsız gəzdiyi üçün 74 şallaq vurulacaq
İranda müğənni Parasta Əhmədi hicabsız çıxış etdiyi iddiası ilə 74 şallaq cəzasına məhkum edilib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilir ki, məhkəmə sənətçini və onun komandasının səkkiz üzvünü qadın iştirakçıların başı açıq olduğu konsert videosuna görə “əxlaqsız məzmun” yaymaqda təqsirli bilib.
Qərara əsasən, Parasta Əhmədiyə şallaq cəzası ilə yanaşı, digər məhdudiyyətlər də tətbiq olunub. Hökmdə onun və komanda üzvlərinin iki il müddətinə ölkədən çıxışına və yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulduğu bildirilir.
Mənbə
axar.az