Digər

Rusiyadan vətəndaşlarına "yaşıl işıq": Səfər edə bilərsiniz

19 Jun 2026, 21:18 1 baxış
Rusiyadan vətəndaşlarına "yaşıl işıq": Səfər edə bilərsiniz

Rusiya ölkə vətəndaşlarının Körfəz ölkələrinə səfər etməkdən çəkinməsi ilə bağlı əvvəllər verdiyi tövsiyələri ləğv edib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, qərar ABŞ ilə İran arasında hərbi münaqişəyə son qoyulduqdan və Yaxın Şərq bölgəsində vəziyyətin sabitləşdirilməsi ilə bağlı 17 iyun tarixli anlaşma memorandumunun imzalanmasından sonra qəbul edilib.


Rusiya XİN qeyd edib ki, Körfəz Əməkdaşlıq Şurasının üzv ölkələrinə - Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanına turist səyahətləri də daxil olmaqla, artıq şəxsi məqsədlər üçün səfər etməkdən çəkinməklə bağlı tövsiyələri qüvvədə saxlamağa ehtiyac görmür.

Mənbə axar.az

Oxşar Xəbərlər