Digər

Lukaşenkoya inək hədiyyə edildi

19 Jun 2026, 20:14 2 baxış
Lukaşenkoya inək hədiyyə edildi

Minsk vilayətində süd-ət kompleksinə səfəri zamanı Belarus Prezidenti Aleksandr Lukaşenkoya “Cersi” cinsindən olan inək hədiyyə edilib.


Axar.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.


Məlumata görə, Belarus lideri 19 iyun tarixində Uzda rayonuna səfər edərək “Yaçenka” müəssisəsinin fəaliyyəti ilə tanış olub.


Bildirilir ki, şirkətdə əsasən “Holşteyn” cinsi inəklər yetişdirilsə də, son dövrlərdə “Cersi” cinsinin də artırılmasına başlanılıb. Məhz bu cinsdən olan bir inək dövlət başçısına təqdim edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər