Digər
Ermənistan Fransadan helikopter alır
Ermənistan “Airbus Helicopters” şirkəti ilə 6 ədəd “Airbus H145” helikopterinin alınmasına dair müqavilə imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, saziş Fransa Prezidenti Emmanuel Makronun İrəvana rəsmi səfəri çərçivəsində rəsmiləşdirilib və artıq qüvvəyə minib.
Bildirilir ki, çoxməqsədli helikopterlər əsasən nəqliyyat və müxtəlif operativ tapşırıqlar üçün istifadə ediləcək.
Mənbə
axar.az