Digər

Paşinyan onlardan birini prezident təyin edəcək - KİV

19 Jun 2026, 13:32 2 baxış
Paşinyan onlardan birini prezident təyin edəcək - KİV

Hakim Mülki Müqavilə Partiyası daxilində prezidentlik uğrunda gizli mübarizə yenidən qızışır. Hazırkı Prezident Vaaqn Xaçatryanın ciddi səhhət problemləri ilə üzləşdiyi bildirilir və bəziləri onun səlahiyyət müddətini başa vurmayacağına inanır.


Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.


“Prezidentlik, xüsusən də heç nə etməməyi, yüksək maaş almağı və il boyu səyahət etməyi arzulayan insanlar üçün ən cəlbedici vəzifələrdən biri hesab olunur. Vaaqn Xaçaturyan 2022-ci ildə yeddi illik müddətə prezident seçilib. Məlumata görə, Baş nazirin aparat rəhbəri Araik Arutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan mümkün namizədlər kimi nəzərdən keçirilir. Arutyunyanın namizədliyi əvvəlki prezident seçkilərində də nəzərdən keçirilmişdi, lakin onun namizədliyi hakim partiya daxilində ciddi müqavimətlə qarşılaşdı”, - nəşr bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər