Digər

İsrail tankı vuruldu, 4 İsrail əsgəri həlak oldu

19 Jun 2026, 13:51 2 baxış
İsrail tankı vuruldu, 4 İsrail əsgəri həlak oldu

Hizbullahın hücumu nəticəsində Livanın cənubunda biri batalyon komandiri olmaqla dörd İsrail əsgəri həlak olub.


Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.


Məlumata görə, Hizbullah Kfar Tibnit yaşayış məntəqəsi və Əli Tahir yüksəklikləri yaxınlığında İsrail tankına PUA ilə hücum edib:


“Hücum nəticəsində 52-ci batalyonun komandiri, polkovnik-leytenant Dor Gedalya Ben Şimon da daxil olmaqla, dörd İsrail əsgəri həlak olub”.

Mənbə axar.az

Oxşar Xəbərlər