Digər
AB Ermənistanı öz orbitinə cəlb edir - Lavrov
Avropa Birliyi ekspansiya siyasəti ilə bağlı planlarından əl çəkməyərək Ermənistanı öz orbitinə cəlb edir, eyni zamanda Moldova və Ukraynanı da təsir dairəsinə daxil etməyə çalışır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, NATO şərqə doğru genişlənərək Finlandiya və İsveçi öz sıralarına daxil edib:
“Ukrayna ABŞ və NATO-dan müstəqil fəaliyyət göstərəcək gələcək Avropa silahlı qüvvələrinin zərbə yumruğu kimi nəzərdən keçirilir”.
Mənbə
axar.az