Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Çin Rusiya-Ukrayna müharibəsinə münasibətdə neytral mövqe tutur və nə Ukraynaya, nə də Rusiyaya silah tədarükündə iştirak etmir.
Axar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekinin Rusiyaya Ukraynaya qarşı müharibədə mümkün dəstək göstərməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.
O, NATO Baş katibi Mark Ruttenin Rusiyanın Çin, İran və Şimali Koreyanın dəstəyi ilə müharibə apardığı barədə son açıqlamalarına da münasibət bildirib. Pekin NATO-nu Çinə münasibətini dəyişməyə, qarşıdurma siyasətindən imtina etməyə və "Soyuq müharibə irsi" kimi öz rolunu yenidən nəzərdən keçirməyə çağırıb.
XİN nümayəndəsi həmçinin vurğulayıb ki, Pekin ikili təyinatlı malların ixracına nəzarət edir və beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə məsuliyyətlə yanaşır.