Digər
Ukrayna ordusu Kupyanskda rus ordusunun qarşısını aldı
Ukrayna ordusu Kupyanskda rus ordusunun Radkovka və Kolesnikivka istiqamətində irəliləyişinin qarşısını alıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, ruslar iyunun 18-də cəbhə boyunca Ukraynanın mövqelərinə 55 dəfə hücum ediblər. Xüsusilə, ruslar Liman yaxınlığında və İzbitski istiqamətində iki dəfə müdafiəni yarmağa cəhd ediblər.
Bölgədə toqquşmaların davam etdiyi bildirilib.
Mənbə
axar.az