Digər

Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz

18 Jun 2026, 23:03 2 baxış
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz

Almaniya kansleri Fridrix Merz Ukrayna və Moldova ilə Avropa Birliyinə (AB) üzvlüklə bağlı danışıqların başlanmasını alqışlayıb.


Axar.az xəbər verir ki, o, bu barədə Brüsseldə keçiriləcək AB sammitinə gələrkən jurnalistlərə açıqlamasında bildirib.


Merz qeyd edib ki, Avropa Komissiyasının Ukrayna və Moldova ilə danışıqların ilk mərhələsini açması AB-nin genişlənməsi istiqamətində mühüm addımdır.


"Bu həftə müvafiq qərarların qəbul edilməsinə və Avropa Komissiyasının Ukrayna və Moldova ilə danışıqlar üçün ilk qrup adlandırılan mərhələni açmasına görə çox şadam. Bunlar AB-nin genişlənməsi istiqamətində aydın addımlardır. Hamımız başa düşürük ki, bu proses uzun çəkəcək, amma ilk addım atılmalıdır", – Merz vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər