Digər

Əvvəl Bakıda keçirilmişdi, indi İrəvanda… - Paşinyan

18 Jun 2026, 23:25 3 baxış
Əvvəl Bakıda keçirilmişdi, indi İrəvanda… - Paşinyan

Bu payız İrəvanda keçiriləcək biomüxtəliflik üzrə COP17 konfransına hazırlıq işləri aktiv mərhələdə davam edir.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.


Paşinyanın sözlərinə görə, tədbirin yüksək səviyyədə təşkili üçün aidiyyəti qurumlar tərəfindən intensiv hazırlıq işləri aparılır və beynəlxalq iştirakçıların qəbulu ilə bağlı bütün zəruri tədbirlər görülür.


O, tədbirin bir müddət əvvəl Azərbaycanda keçirildiyini vurğulayıb və Bakıdan sonra İrəvanda belə mötəbər bir tədbirin təşkil olunmasının mühüm addım olduğunu qeyd edib.


Baş nazir qeyd edib ki, konfrans biomüxtəlifliyin qorunması və ekoloji problemlərin müzakirəsi baxımından mühüm beynəlxalq platforma olacaq. O, tədbirin Ermənistan üçün də qlobal ekoloji gündəmdə fəal iştirak imkanları yaradacağını vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər