Digər

Pezeşkian şəxsən buna zəmanət verdi - Xamenei

18 Jun 2026, 22:10 2 baxış
Pezeşkian şəxsən buna zəmanət verdi - Xamenei

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib.


Axar.az xəbər verir ki, Xamenei bu barədə X sosial şəbəkə hesabında yazıb.


"Prezidentin (Milli Təhlükəsizlik Ali Şurasının sədri kimi) İran xalqının və "Müqavimət Cəbhəsi"nin hüquqlarını qoruyacağına dair şəxsən zəmanət verməsi və məsuliyyəti öz üzərinə götürməsi səbəbindən bu müqaviləyə icazə verilib.


Əgər ABŞ tərəfi gələcəkdə qeyri-rəsmi və həddindən artıq tələblər irəli sürərsə, İran buna boyun əyməyəcək və gələcək danışıqlar düşmənin ideyasını qəbul etmək mənasına gəlmir",- deyə İranın ali rəhbəri öz müraciətində bildirir.


Qeyd edək ki, ABŞ ilə İran arasında anlaşma memorandumunu hər iki ölkənin prezidenti elektron qaydada imzalayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər