Digər
Türkiyə MTŞ-nin iclası keçirildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, toplantıda bir sıra beynəxalq əhəmiyyətli məsələlər müzakirə edilib.
Belə ki, terror təşkilatlarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.
Rusiya-Ukrayna müharibəsində ədalətli və dayanıqlı sülhün əldə olunmasının vacibliyi bildirilib.
Həmçinin İran və ABŞ arasında əldə olunmuş razılaşmanın müsbət qiymətləndirildiyi qeyd olunub.
Bundan əlavə, Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində gedən proseslər müzakirə edilib.
Mənbə
axar.az