Digər

Pezeşkian Qətər əmirinə təşəkkür etdi

18 Jun 2026, 21:37 2 baxış
Pezeşkian Qətər əmirinə təşəkkür etdi

İran ABŞ ilə əldə olunan razılaşmanı regional əməkdaşlığın genişləndirilməsi, İslam ölkələri birliyinin möhkəmləndirilməsi, həmçinin regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün fürsət sayır.


Axar.az İSNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə telefon danışığında deyib.


O həmçinin gərginliyin azaldılması və diplomatik prosesin irəlilədilməsindəki roluna görə Qətərə minnətdarlıq edib.


Tərəflər Tehran və Doha arasında strateji münasibətlərin inkişafını və bütün tərəflərin razılaşma üzrə öhdəliklərə əməl etməsinin zəruriliyini vurğulayıblar.


Xatırladaq ki, Qətər Əmiri iyunun 16-da ABŞ ilə İranın iyunun 19-da gözlənilən görüşü və müharibəninin dayandırılması ilə bağlı memorandumun imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağına ümid etdiyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər