Digər

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi...

18 Jun 2026, 20:12 3 baxış
Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Daşqın təhlükəsi...

“Georgian Water and Power” şirkəti güclü yağışlar və daşqın ehtimalı ilə əlaqədar əhaliyə müraciət edib.


Axar.az xəbər verir ki, əsasən Mtsxeta-Mtianeti bölgəsinin əhalisinə ünvanlanan müraciətdə deyilir:


"Güclü yağışlar nəticəsində Jinvali su anbarında suyun həcmi artıb. İyunun 18-dən etibarən Aragvi çayının yatağında su axınının artması gözlənilir. Xahiş edirik, bu dövrdə Aragvi çayının yatağı boyunca hərəkət edərkən xüsusi diqqətli olun".


Məlumat üçün qeyd edək ki, 2015-ci ildən bəri Gürcüstanda yağan güclü yağışlar nəticəsində bir neçə dəfə daşqınlar və torpaq sürüşməsi baş verib. Təbii fəlakətlər onlarla insanın həyatına son qoyub, infrastruktuta ciddi ziyan vurub.

Mənbə axar.az

Oxşar Xəbərlər