Digər

Türkiyə Azərbaycan hərbçiləri üçün yeni təlim proqramına start verir - VİDEO

18 Jun 2026, 18:48 2 baxış
Türkiyə Azərbaycan hərbçiləri üçün yeni təlim proqramına start verir - VİDEO
Türkiyə Milli Müdafiə Nazirliyi 2026-2027-ci illərdə Azərbaycan hərbçiləri üçün təlimlər təşkil edəcək. Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşdığı qonaq hərbi şəxsi heyətin kvota planında məlumat verilib.
Məlumata görə, plan çərçivəsində 16 ölkədən - Azərbaycan, Burundi, Banqladeş, Qvineya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Liviya, Macarıstan, Mali, Monqolustan, Özbəkistan, Seneqal, Somali və Türkmənistandan ümumilikdə 448 hərbi qulluqçu üçün təlim kvotası ayrılıb. Bildirilib ki, il ərzində dost və müttəfiq ölkələrdən daxil olacaq əlavə müraciətlər nəzərə alınmaqla bu sayın artırılması gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər