Ukrayna Rusiya raketlərini belə tükəndirir
Rusiya ordusu S-300 zenit sistemləri üçün raketlərin ciddi çatışmazlığı ilə üzləşir. Bu, düşmənin hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə zəiflədir və Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın arxa cəbhəsindəki hərbi hədəfləri daha effektiv şəkildə məhv etməyə imkan verir.
Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus”un məlumatında deyilir.
Rusiya niyə raket çatışmazlığı yaşayır?
Kəşfiyyat qiymətləndirmələri ilə tanış olan Ukrayna rəsmilərinin sözlərinə görə, Moskva S-300 sistemlərinin ehtiyatlarını qeyri-davamlı sürətlə tükəndirir.
Əsas səbəblərdən biri rusların bu zenit raketlərini Ukraynadakı yerüstü hədəflərə zərbələr endirmək üçün “yer-yer” raketləri kimi yenidən istifadə etmələridir.
Bundan əlavə, Rusiyanın arsenalları Ukraynanın dərin zərbə dronlarının, xüsusən də reaktiv mühərrikli modellərin müntəzəm basqınları ilə tükənir. Rusiya raket zərbələrindən müdafiə olunmaq əvəzinə, bu hücumları dəf etmək üçün bahalı raketlərə pul xərcləməyə məcburdur. Kreml üçün vəziyyət Ukraynanın Rusiya hava hücumundan müdafiə sistemlərini hədəf alması ilə daha da mürəkkəbləşir.