Digər
Ukrayna ordusu ruslara qarşı əla mübarizə aparır - Tramp
Rusiya ordusunun xeyli böyük resurslara malik olmasına baxmayaraq, Ukrayna kifayət qədər yaxşı mübarizə aparır.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Onlar kifayət qədər yaxşı mübarizə aparırlar. Rusiya böyük ölkədir, böyük... Bilirsiniz, onun ordusu daha böyükdür. Amma ukraynalılar əla dayanırlar. Onların möhtəşəm silahları var — unutmayın ki, bu, bizim texnikamızdır. Və onlar həqiqətən yaxşı nəticələr göstərirlər", — deyə o vurğulayıb.
Mənbə
axar.az