Digər
Bütün avropalılar bu söhbətdən qəzəbləndi - Dmitriyev
Yaxın vaxtlarda amerikalı nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerin Rusiyaya səfəri gözlənilir.
Axar.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib.
"Deleqasiyanın ABŞ-dan gələcəyi ilə bağlı konkret tarixlər deməzdim, lakin dialoq mütləq davam edir. Prezident Putinlə Tramp arasında çox yaxşı söhbət oldu. Bütün avropalılar, britaniyalılar bu dialoqun davam etməsindən qəzəblənirlər. Buna görə də onların kifayət qədər yaxın vaxtda gələcəyini gözləyirik. Tarixlərlə bağlı isə müvafiq açıqlamanı prezident administrasiyası verəcək", – deyə Dmitriyev vurğulayıb.
Mənbə
axar.az