Cəmiyyət

Bəzi ərazilərdə qaz olmayacaq

18 Jun 2026, 01:16 2 baxış
Bəzi ərazilərdə qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.


Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.


"Payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 18-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Şuşa, Kənd Ramana, Savalan, Maştağa qəsəbələrinin, həmçinin Səbail rayonunun Badamdar qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər