Cəmiyyət
İlon Mask necə trilyonçu oldu? - VİDEO
Amerikalı sahibkar İlon Mask tarixdə ilk trilyonçu olub. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, "New York Journal"dakı yazıda sərvətin miqyasını izah etmək üçün qeyd edilib ki, İlon Mask trilyon dollar pulu saniyədə bir əsginas olmaqla fasiləsiz saymağa başlasa, bu proses təxminən 31 700 il çəkər. Həmçinin bu əsginaslar bir-birinin üzərinə yığılsaydı, təxminən 6 786 mil, yəni 11 min kilometrə yaxın hündürlükdə bir qüllə əmələ gələrdi. Bu pulla 450-dən çox olimpiya ölçülü üzgüçülük hovuzunu doldurmaq olar.
Maskın sərvətinin məbləği bir çox ölkənin illik ümumi daxili məhsulu ilə eynidir. Bu mənada müqayisə üçün deyək ki, Maskın sərvəti İsveçrə kimi ölkənin illik ümumi daxili məhsuluna bərabərdir.
Maskın sərvətinin məbləği bir çox ölkənin illik ümumi daxili məhsulu ilə eynidir. Bu mənada müqayisə üçün deyək ki, Maskın sərvəti İsveçrə kimi ölkənin illik ümumi daxili məhsuluna bərabərdir.
Mənbə
oxu.az