Digər

İsrail Batyanın bu sözündən şoka düşdü, səfiri çağırdı

18 Jun 2026, 00:00 2 baxış
İsrail Batyanın bu sözündən şoka düşdü, səfiri çağırdı

İyunun 17-də Belarusun Təl-Əvivdəki səfiri Yuri Yaroşeviç İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.


Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


"İsrail xarici işlər naziri Gideon Saarın əmri ilə nazirliyin baş direktoru Eden Bar-Tal Belarus prezidentinin şok açıqlamalarına görə Belarus səfiri Yuri Yaroşeviçi çağırıb. İsrail Belarus torpağında da baş verən Holokost dəhşətlərinin İsrailin terrora qarşı ədalətli müharibəsi ilə müqayisəsini qəti şəkildə rədd edir", - deyə bildirilib.


Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə İsrailə Qəzza zolağındakı hərbi əməliyyatın nəticələrinə beynəlxalq ictimaiyyətin reaksiyasını nəzərə alaraq gələcək mövcudluğunu düşünməyi məsləhət görüb. O, İsrailin "daha diqqətli, daha ehtiyatlı" olmağa dəvət edib.


Qəzzadakı hadisələrdən danışarkən, o, İkinci Dünya müharibəsi zamanı Avropada yəhudilərin kütləvi şəkildə məhv edilməsi ilə paralellər aparıb:


"Hansı Holokost? İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşağı öldürərkən hansı Holokostdan danışa bilərlər?"

Mənbə axar.az

Oxşar Xəbərlər