Digər

Sanksiyalar bu halda ləğv ediləcək - Tramp

18 Jun 2026, 00:22 2 baxış
Sanksiyalar bu halda ləğv ediləcək - Tramp

Tehran Vaşinqtonla əldə olunan razılaşmaların şərtlərinə əməl etdikcə, ABŞ İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları mərhələli şəkildə ləğv etməyə hazırdır.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.


“Hazırda qüvvədə olan sanksiyalar İranın iqtisadi cəhətdən bərpasına imkan vermir. Lakin onlar düzgün davranmağa başlayan kimi müəyyən dəyişikliklər olacaq. Öhdəliklərinə əməl etsələr, sanksiyaları aradan qaldıracağıq”, – deyə ABŞ prezidenti bildirib.


Tramp qeyd edib ki, daha əvvəl də müxtəlif ölkə və şəxslərə qarşı sanksiyalar tətbiq edib, sonradan isə müəyyən şərtlər daxilində həmin məhdudiyyətləri ləğv edib.

Mənbə axar.az

Oxşar Xəbərlər