Digər

Putindən qərar: Rusiyada bu partiyalara “yaşıl işıq” yandırıldı

17 Jun 2026, 23:23 3 baxış
Putindən qərar: Rusiyada bu partiyalara “yaşıl işıq” yandırıldı

Rusiyada keçiriləcək parlament seçkilərində iştirak etmək hüququna malik olan siyasi partiyaların sayı açıqlanıb.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.


Rusiya KİV-lərinin yaydığı məlumata görə, Pamfilova MSK-nın iclasında çıxışı zamanı bildirib ki, hazırda ölkədə rəsmi qeydiyyatdan keçmiş 25 siyasi partiya fəaliyyət göstərir.


Onun sözlərinə görə, bu partiyalardan 17-si seçkilərdə iştirak etmək hüququ əldə edib.


“Hazırkı seçki mövsümündə rəsmi qeydiyyatdan keçmiş 25 partiya fəaliyyət göstərir. Onlardan 17-si bu gün etibarilə seçkilərdə iştirak etmək hüququna malikdir. Gözləyirik ki, həmin 17 partiya qarşıdan gələn seçkilərdə müxtəlif səviyyələrdə iştirak edəcək”, – deyə Pamfilova vurğulayıb.


Qeyd edək ki, parlament seçkiləri sentyabrın 20-nə təyin olunub. Seçkilər nəticəsində 450 deputat seçiləcək. Onlardan 225-i birmandatlı seçki dairələri, digər 225-i isə federal seçki dairəsi üzrə müəyyənləşdiriləcək.


Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Dövlət Dumasına seçkiləri ölkənin ən mühüm daxili siyasi hadisələrindən biri adlandırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər