Digər

Robert Köçəryanın toxunulmazlığı ləğv edildi

17 Jun 2026, 18:52 2 baxış
Robert Köçəryanın toxunulmazlığı ləğv edildi

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) “Ermənistan” blokunun lideri, parlament seçkilərində namizəd Robert Köçəryana qarşı cinayət işinin başlanmasına razılıq verib.


Axar.az xəbər verir ki, qərar Ermənistan Baş Prokurorluğunun müraciəti əsasında verilib.


Qeyd edək ki, ötən gün Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi barədə vəsatətlə Mərkəzi Seçki Komitəsinə (MSK) müraciət etmişdi.


Daha əvvəl də Zvartnots hava limanında Robert Köçəryanın ölkədən çıxışına imkan verilməmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər