Digər
Koşta Putinlə danışmaq üçün kanal yaratmağa çalışır
Avropa Şurasının prezidenti Antonio Koşta Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamaq üçün Moskva ilə qeyri-rəsmi ünsiyyət kanalı yaratmağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.
“Antonio Koşta Ukraynadakı müharibəyə son qoymaq üçün Putinlə müzakirələr aparmaq məqsədilə Kremllə əlaqə saxlayıb. Koştanın baş müşaviri gələcəkdə daha məzmunlu danışıqlara yol açmaq məqsədilə Putinə yaxın yüksək vəzifəli Rusiya rəsmisi ilə iki telefon danışığı aparıb”, - mənbə bildirib.
Mənbə
axar.az