Digər

Ukrayna uşaqların olduğu avtobusu vurdu - Foto

17 Jun 2026, 15:13 1 baxış
Ukrayna uşaqların olduğu avtobusu vurdu - Foto

Ukrayna ordusu Rusiyanın Bryansk vilayətində Belarusdan olan uşaq futbol komandasını daşıyan avtobusu PUA ilə vurub.


Axar.az xəbər verir ki, bunu Bryansk vilayətinin qubernatoru vəzifəsini icra edən İqor Kovalçuk deyib.


Onun sözlərinə görə, Qomeldən olan komanda tətil üçün Gelencikə gedərkən avtobus təyyarə tipli dron tərəfindən vurulub:


“Hücum nəticəsində bir qadın həlak olub, dördü uşaq olmaqla altı nəfər yaralanıb”.

Mənbə axar.az

Oxşar Xəbərlər