Digər
Şoyqu Quterreşi ittiham etdi: Öhdəlikləri yerinə yetirmədi
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu BMT-nin Baş katibi Antonio Quterreşi Qara Dəniz Taxıl Təşəbbüsünü pozmaqda günahlandırıb.
Axar.az xəbər verir ki, o, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə deyib.
“O vaxt həm Rusiya, həm də Türkiyə öz öhdəliklərini tam şəkildə yerinə yetirdi. Müqavilələrin yeganə üçüncü iştirakçısı heç vaxt üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Mən BMT-ni, cənab Quterreşi nəzərdə tuturam”, - o bildirib.
Mənbə
axar.az