Cəmiyyət
Böyükşor yolunda üç avtomobil TOQQUŞDU - VİDEO
Bakının Böyükşor yolu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İlkin məlumata görə, hərəkətdə olan "Iveco" markalı yük avtomobili "Changan" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən idarəetmədən çıxan yük maşını əks hərəkət zolağına keçərək "Ford Fusion" markalı avtomobillə toqquşub. Qəza nəticəsində yük maşını aşıb, daşıdığı su qabları yolun hərəkət hissəsinə dağılıb. Hadisə zamanı xəsarət alan və ya həyatını itirən şəxslərin olub-olmaması ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Mənbə
oxu.az