Cəmiyyət

Məryəmin orqanları 6 nəfərə həyat verdi - Foto

17 Jun 2026, 10:06 6 baxış
Məryəmin orqanları 6 nəfərə həyat verdi - Foto

“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva son mənzilə yola salınıb.


Axar.az xəbər verir ki, bloger bu barədə İnstaqram hesabında paylaşım edib.


O bildirib ki, Məryəm ölümündən sonra da insanlara həyat bəxş edib:


“Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi”.


O qeyd edib ki, həyata keçirilən orqan donorluğu sayəsində bir neçə insan yenidən yaşamaq şansı qazanıb:


“Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.

Mənbə axar.az

Oxşar Xəbərlər