Cəmiyyət

45 ailənin Şükürbəyli həsrəti sona çatır - FOTO

17 Jun 2026, 09:16 13 baxış
45 ailənin Şükürbəyli həsrəti sona çatır - FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Oxu.Az xəbər verir ki, Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
{{gallery}}
45 ailənin Şükürbəyli həsrəti sona çatır - FOTO 45 ailənin Şükürbəyli həsrəti sona çatır - FOTO 45 ailənin Şükürbəyli həsrəti sona çatır - FOTO 45 ailənin Şükürbəyli həsrəti sona çatır - FOTO 45 ailənin Şükürbəyli həsrəti sona çatır - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər