Cəmiyyət

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

17 Jun 2026, 00:36 3 baxış
Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Avropa Birliyi Şurası Rusiyaya qarşı yeni sanksiyalar paketinə 34 şəxs və 47 qurumu daxil edib.


Axar.az Unikal-a istinadən xəbər verir ki, məhdudiyyətlər Brüsselin Rusiya hərbi-sənaye kompleksi, neft ixracı, "kölgə donanması"nın fəaliyyəti, hərbi texnika və dronların istehsalı və təchizatı ilə əlaqəli hesab etdiyi qurum və şəxsləri hədəf alıb.


Sanksiya tətbiq edilən şəxslər arasında azərbaycanlı iş adamı Tahir Qarayev də var. Bundan əlavə, AB-yə görə, "kölgə donanması" gəmilərindən istifadə etməklə də daxil olmaqla, Rusiya neft və neft məhsullarının daşınması və ixracı ilə məşğul olan 24 təşkilata məhdudiyyətlər tətbiq edilib.


Sanksiyalar siyahısına Sumqayıtda qeydiyyatdan keçmiş "Global Ship Solutions LLC" şirkəti də daxildir. AB sənədlərinə görə, şirkət "Fulger", "Deneb" və "Odune" gəmilərinin texniki idarəçiliyi ilə məşğuldur. Brüssel iddia edir ki, bu gəmilər Rusiya neft və neft məhsullarının daşınması üçün istifadə olunub və avtomatik gəmi identifikasiya sistemlərinin manipulyasiya olunmasında iştirak edib.


AB qərarında qeyd olunur ki, şirkət Rusiya enerji məhsullarının daşınması ilə məşğul olan gəmiləri idarə edir və Avropa hakimiyyət orqanlarının fikrincə, Beynəlxalq Dəniz Təşkilatı tərəfindən yüksək riskli gəmiçilik təcrübələri kimi təsnif edilən fəaliyyətlərlə əlaqələndirilir.


Xüsusilə, texniki meneceri "Global Ship Solutions MMC" olan "Odune" tankerinin adı çəkilir. Bu gəmi artıq 2025-ci ildə Avropa Birliyi və Birləşmiş Krallığın sanksiya siyahılarına daxil edilmişdi. Onun kommersiya meneceri Azərbaycanda qeydiyyatdan keçmiş "Night Moon Navigation MMC" şirkəti kimi siyahıdadır.


Azərbaycan şirkətindən əlavə, sanksiyalar Rusiya, Liberiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Honkonqda qeydiyyatdan keçmiş təşkilatlara da şamil olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər