Cəmiyyət

Ordubadın 11 kəndinə qazın verilişi dayandırılıb

16 Jun 2026, 23:00 2 baxış
Ordubadın 11 kəndinə qazın verilişi dayandırılıb
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının gölündə suyun tam buraxılması nəticəsində qaz xəttinə ziyan dəyib. Oxu.Az xəbər verir ki, nəticədə Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə qazın təchizatı müvəqqəti dayandırılıb. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
{{gallery}}
Ordubadın 11 kəndinə qazın verilişi dayandırılıb
Mənbə oxu.az

Oxşar Xəbərlər