Siyasət

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

15 Jun 2026, 00:36 2 baxış
Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın təşəkkülündə və dərinləşməsində Sizin əvəzsiz xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk. Keçən ilin avqustunda Ağ Evdə Sizinlə tarixi görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq Xartiyasının altı ay sonra ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı.


Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubunda yer alıb.


"Əldə etdiyimiz bu möhtəşəm nailiyyət Sizin sarsılmaz iradənizin və əzminizin bariz göstəricisidir. Dövlətlərarası münasibətlərimizin inkişafına daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə təşəkkür edirik", - İ.Əliyev vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər