Cəmiyyət

Putinin vəzifə verdiyi İradə Zeynalova: Heç vaxt bu qədər...

14 Jun 2026, 19:48 3 baxış
Putinin vəzifə verdiyi İradə Zeynalova: Heç vaxt bu qədər...

Rusiyanın Mavrikidəki səfiri, keçmiş aparıcı İradə Zeynalova hazırkı işi barədə danışıb.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, o, səfir vəzifəsində çalışmağın inanılmaz dərəcədə çətin olduğunu deyib.


Diplomat daim müxtəlif çətinliklərlə üzləşdiyini vurğulayıb:


“Həyatımda heç vaxt bu qədər uzun, bu qədər ağır və davamlı olaraq, bir dəfə də olsun nəfəs almadan işləməmişəm”.


Qeyd edək ki, İ.Zeynalova 2024-cü ilin sentyabr ayında Mavriki Respublikasına səfir təyin edilib. Bu fərmanı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.


Onun atası Zeynalov Aftandil İsabalı oğlu azərbaycanlıdır, anası Qalina Alekseyevna isə milliyətcə rusdur.

Mənbə axar.az

Oxşar Xəbərlər