Cəmiyyət

Sumqayıtda əyilmiş elektrik dirəkləri problemi ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO

14 Jun 2026, 19:00 1 baxış
Sumqayıtda əyilmiş elektrik dirəkləri problemi ilə bağlı rəsmi AÇIQLAMA - VİDEO
Sumqayıt şəhərinin Hafiz Baxış küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Onların Baku TV-yə dedikləri sözlərə görə, ərazidəki elektrik dirəklərinin bir neçəsi yararsız vəziyyətdədir və bu, ciddi təhlükə yarada bilər.
. "Bir ildir müraciət edirik, istər şifahi, istərsə də ərizə formasında. Amma şikayətimizə baxılmır. Burada elektrik şəbəkəsində yüklənmələr olurdu. Keçən il həmin ərazidə transformator quraşdırıldı, elektrik dirəkləri yeniləndi, xətlər çəkildi və birləşdirildi. Daha sonra xəttdə problem yarandı. Döngə tərəfdə isə rabitə dirəyinin traversi elektrik xəttinə birləşdirilib. Dirək də əyilmiş vəziyyətdədir. Əgər bu dirək aşsa, həm rabitə dirəklərini aşıracaq, həm də elektrik xətlərini zədələyəcək", - sakinlərdən biri deyib. Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, qurum regionlarda olduğu kimi, "Sumqayıt Elektrik Şəbəkəsi"nin ərazisində də əsaslı təmir və yenidənqurma işləri həyata keçirir. Sözügedən küçədə 0,4 kilovoltluq elektrik dayaqları yenilənib, özünü daşıyan izolyasiyalı naqillər çəkilib. Qeyd olunub ki, 0,4 kilovoltluq elektrik şəbəkəsində yenidənqurma işləri aparılarkən elektrik qurğularının quraşdırılması qaydalarının norma və prinsiplərinə əməl olunub. Qaydalara əsasən, 0,4 kilovoltluq elektrik hava xətlərində dayaqlararası məsafə adətən 30-45 metr təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər