Cəmiyyət

Ağdamda ildırım mağazanı yandırdı

14 Jun 2026, 10:45 3 baxış
Ağdamda ildırım mağazanı yandırdı

Bu gün səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.


Axar.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.


Məlumata görə, ildırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.


Yanğın söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər