Cəmiyyət
Ağdamda mağazaya ildırım düşdü: Yanğın başladı - FOTO
Bu gün səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub. Oxu.Az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib. Belə ki, ildırım kənd sakini Fikrət Soltan oğlu İbadova məxsus mağazaya düşüb və yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb. Hazırda yanğının tam söndürülməsi üçün lazımi tədbirlər görülür.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az