Digər
Rusiya hər kvadrat kilometrə görə 200 nəfər itirir - Jmaylo
Ukrayna torpaqlarını ələ keçirməyə davam edən Rusiya ordusu hər kvadrat kilometrə görə gündə 200 nəfər itki verir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo “Ukrayna Radiosu”na verdiyi müsahibədə deyib.
"Orta hesabla işğalçı qüvvələr hər kvadrat kilometrə gündə təxminən 200 nəfər itirir", - deyə o bildirib.
Jmaylo qeyd edir ki, ruslar əslində bir və ya iki ərazidə - Kostantinovka və Donetsk vilayətinin digər ərazilərində irəliləyə bilərlər:
“Orada onlar sayca ukraynalılardan bir neçə dəfə çox olan çoxsaylı qüvvələri cəmləşdiriblər, cəbhənin digər ərazilərində təşəbbüsü itiriblər".
Mənbə
axar.az