Cəmiyyət
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi parklanma məntəqələrinin fəaliyyəti MƏHDUDLAŞDIRILACAQ - SİYAHI
2026-cı il iyunun 16-19-da keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar Bakı şəhərində bəzi parklanma məntəqələrinin bir hissəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək. Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Həmin parklanma məntəqələrini təqdim edirik: Təbriz küçəsi - P10640; İzzəddin Həsənoğlu küçəsi - P11053; Bülbül prospekti - P90055; Füzuli küçəsi - P90217; Zərifə Əliyeva küçəsi - P90242; Rixard Zorge küçəsi - P98202 və P90202. Məhdudiyyət iyunun 15-i saat 20:00-dan iyunun 20-dək qüvvədə olacaq.
Mənbə
oxu.az