Cəmiyyət
Avtoşluq edən sürücülər həbs edildi - Video
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı avtoxuliqanlıq edən sürücülər Nihat Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədov saxlanılıblar.
Axar.az xəbər verir ki, onlar idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozublar.
Sürücülər barəsində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslərin sürücülük hüququ məhdudaşdırılmaqla inzibati qaydada həbs olunublar.
Mənbə
axar.az